Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş videokonfrans keçirilib

Martın 1-də 236 nömrəli tam orta məktəbdə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda məktəb rəhbərliyi, yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirlərdə şagirdlərə mülki müdafiənin yaranma tarixi, məqsəd və vəzifələri, eləcə də fövqəladə hallar zamanı davranış qaydaları təbliğ olunub.

Videokonfransda Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sahəsində fəaliyyətindən bəhs edən videoçarx da nümayiş olunub.

Fövqəladə hallara dair məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı yardımların təmin edilməsi məqsədilə məktəbdə hər il 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilir. Belə ki, “Uşaqların təhlükəsizliyi bizim də məsuliyyətimizdir” mövzusunda məktəbin pedaqoji heyətinin və şagird kollektivinin iştirakı ilə mövzuya həsr olunmuş müxtəlif tədbirlər keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi