İlk dərslər Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilib

Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı 236 nömrəli tam orta məktəbdə silsilə tədbirlər keçirilib.
Fevralın 26-da məktəbdə ilk dərslər Xocalı soyqırımına həsr edilib.
Dərslər Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Müəllimlər şagirdlərə ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri qanlı cinayətlər, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımının təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer aldığını, əsrlərboyu ermənilərin xalqımıza qarşı törətdikləri qırğınların daha dəhşətli təzahürü olduğu barədə məlumatlar veriblər.