“Xocalı soyqırımını unutma!” adlı onlayn rəsm müsabiqəsi keçirilib

Fevralın 25-də 236 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamovanın təşkilatçılığı ilə siniflərarası “Xocalı soyqırımını unutma!” adlı onlayn rəsm müsabiqəsi keçirilib.
Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş müsabiqənin məqsədi faciə qurbanlarının xatirəsini ehtiramla yad etmək, şagirdlər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslə tarixi həqiqətləri çatdırmaq və istedadlı şagirdlərin yaradıcılıq potensiallarını üzə çıxarmaqdan ibarət olub.
Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilərək qaliblər seçilib. Müsabiqənin qalibləri diplom, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif olunublar.