"Xocalı faciəsi qan yaddaşımızdır" mövzusunda inşa-yazı müsabiqəsi keçirilib

Fevralın 23-də 236 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sima İmaməliyevanın təşkilatçılığı ilə yuxarı sinif şagirdləri arasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Xocalı faciəsi qan yaddaşımızdır" mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.

Sima müəllim müsabiqənin məqsədinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, gənc nəsildə Vətənə sevgi hisslərinin aşılanması, Azərbaycan tarixinin təbliği, məktəblilərin dünyagörüşünün genişləndirilməsi və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarət olduğunu bildirib.

İnşa-yazı müsabiqəsində 40 nəfər şagird iştirak edib.

Qaliblər müəyyənləşdikdən sonra onlara diplomlar veriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi