Divar qəzetləri Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunub

Fevralın 22-də 236 nömrəli tam orta məktəbin 6 ”C” sinfində divar qəzetləri Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunub.
Şagirdlərin ərsəyə gətirdikləri divar qəzetlərində Xocalı hadisələri haqqında ətraflı məlumatlar, faciəyə həsr olunmuş rəsmlər, şeirlər öz əksini tapıb. Nümayiş olunan materiallarda qəhrəmanlığın, mübarizliyin təbliği də yer alıb.
Məktəblilər hazırladıqları divar qəzetlərində soyqırım haqqında həqiqətləri bacardıqları kimi çatdırmağa çalışıblar.