21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib

Fevralın 19-da məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sima İmaməliyevanın təşkilatçılığı, 6 “Ç” sinif şagirdlərinin iştirakı ilə “Microsoft Teams” platforması üzərindən onlayn formatda 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.
Sima müəllim çıxışında ana dilimizin saflığının qorunmasının hər birimiz üçün vacib bir vəzifə olduğunu şagirdlərin diqqətinə çatdırıb. Müəllim onu da qeyd edib ki, ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”, “Hər bir xalqın mənəvi dəyərlərini yaşadan onun dilidir”. Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanının bu baxımdan xüsusi əhəmiyyət daşıdığın qeyd edib.
Tədbirin sonunda şagirdlərin ifasında doğma dilimizi tərənnüm edən şeirlər səsləndirilib.