“Fəxri Fərmanla” təltif edilib

Fevralın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında YAP-ın yaranmasının 28-ci ildönümü münasibətilə videoformatda konfrans keçirilib.
Konfransda rayon şurası və idarə heyətinin üzvləri, partiya veteranları və fəal gənclər iştirak ediblər.
Videkonfransa sədrlik edən YAP Səbail Rayon Təşkilatının sədri Şəmsəddin Hacıyev ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qurulan və Azərbaycanın ictimai-siyasi həyatında əvəzsiz xidmətləri olan YAP-ın yaranmasının 28-ci ildönümü münasibətilə partiyanın bütün üzvlərini təbrik edib.
Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə və təşkilatın yaranmasının 28-ci ildönümü münasibətilə 236 nömrəli tam orta məktəbin direktoru Xanlar İmaməliyev “Fəxri Fərmanla” təltif edilib.