“Vətən müharibəsi - Qarabağ zəfəri” mövzusunda referat müsabiqəsində fərqləniblər

Fevralın 17-də Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail rayon məktəbliləri arasında həyata keçirilən “Vətən müharibəsi - Qarabağ zəfəri” mövzusunda referat müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə İcra Hakimiyyətlərinin məsul əməkdaşları tərəfindən 236 nömrəli tam orta məktəbin tarix müəllimi Sara Ağayevaya keçirilən müsabiqədə fəal dəstəyinə görə təşəkkürnamə və məktəbin 9 “A” sinif şagirdi Cahangir Eyvazlıya isə referat müsabiqəsində seçilmiş ən yaxşı yazı işnə görə Diplom və qiymətli hədiyyələr təqdim olunub.
Müsabiqənin məqsədi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı şanlı qələbəsinin təbliği, eləcə də böyüməkdə olan gənc nəsildə doğma vətənə sevgi və məhəbbət hislərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliğ olunması istiqamətində görülən işlərin daha da genişləndirilməsi olub.
Onu da qeyd edək ki, iki mərhələdən ibarət bu müsabiqə mövcud karantin rejimi tələblərinə uyğun olaraq videokonfrans formatında təşkil edilib.