Şəhid məzunların xatirəsinə guşələr hazırlanıb

Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşur, Vətənə böyük sevgiləri olan belə qəhrəmanların ömür yolu şagirdlərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır.

Şagirdlər xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan şəxslərin şərəfli həyat yolunu daha yaxından tanımalıdırlar. Bu məqsədlə 236 nömrəli tam orta məktəbdə Qarabağ uğrunda Birinci və İkinci Vətən müharibəsində böyük şücaətlər göstərərək canlarını Vətənə qurban verən məktəbin qəhrəman şəhid məzunlarının xatirəsinə guşələr hazırlanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi