Tədrisin başlanması ilə əlaqədar dezinfeksiya işləri həyata keçirilib

Fevral ayının 1-dən məktəbdə tədrisin başlanması ilə əlaqədar koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər həyata keçirilib.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı növbəti dezinfeksiya işləri aparılıb. Belə ki, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həyata keçirdiyi dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
Dezinfeksiya işləri başa çatdıqdan sonra geniş təmizlik, tibbi-profilaktik işlər görülüb.
Məktəbdən verilən məlumata görə, məktəb binasına daxil olarkən həm müəllimlərin, həm də şagirdlərin hərarəti ölçüləcək, tibbi maskalardan istifadə olunacaq, sosial məsafə gözləniləcək.