Psixoloji konsultasiya saatları təşkil olunub

Məktəbin psixoloqu Vəcahət Əliyevanın “Microsoft Teams” platforması üzərindən onlayn formatda müxtəlif siniflərdə şagirdlərlə maarifləndirici görüşləri keçirilib, həmçinin şagirdlərlə fərdi psixoloji konsultasiya saatları təşkil olunub.
Görüş çərçivəsində şagirdlər “İnkişafa maneə olan psixoloji amillər" mövzusunda müxtəlif fikirlərlə çıxış ediblər. Mövzu ətrafında interaktiv müzakirələr aparılıb.
Təşəbbüsün əsas məqsədi şagirdlərin psixi sağlamlığının qorunması, sağlam düşüncə tərzinin aşılanması, psixoloji gərginliyin azaldılması, onlarda özünə inam hissinin formalaşdırılması və sağlam düşüncəli gənc nəslin yetişdirilməsinə töhfə verməkdən ibarət olub.