Summativ qiymətləndirməni onlayn formatda keçiriblər

Yanvarın 24-25-də 236 nömrəli tam orta məktəbin müəllimləri II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirməni “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçiriblər.
Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülüb. 45-60 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik qiymətləri hesab olunub.
Qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunub.