Onlayn valideyn iclası keçirilib

Yanvarın 23-də məktəbin ibtidai sinif müəllimi Gülnar Məmmədovanın rəhbərliyi ilə 1 “F” sinfinin şagirdlərinin valideynlərinin iştirakı ilə “Microsoft Teams” platforması üzərindən onlayn valideyn iclası keçirilib.
İclası giriş sözü ilə açan Gülnar Məmmədova pandemiya dövründə təhsilin keyfiyyətli təşkilindən, şagirdlərin nizam-intizamından, müəllimlərin valideynlərlə sıx əlaqə saxlamasından, məktəbdə və təhsilimizdə gedən proseslərdə müəllim və valideynin birgə nəzarətinin vacibliyindən ətraflı söhbət açıb.
İclasın keçirilməsində məqsəd valideynləri məktəb həyatında fəal iştiraka təşviq etmək, habelə müəllim-şagird-valideyn əlaqələrini gücləndirməkdən ibarət olub.