İlk dərslər 20 Yanvar mövzusuna həsr edilib

Yanvarın 19-da 236 nömrəli tam orta məktəbin “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən ilk dərsləri 20 Yanvar hadisələrinin otuz birinci ildönümünə həsr edilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra müəllimlər şagirdlərə 1990-cı ilin 20 yanvar hadisəsi, xalqımızın istiqlal arzusu və bu yolda üzləşdiyi çətinliklər, eləcə də şəhidlər barədə geniş məlumat veriblər və bildirilib ki, həm 20 Yanvar, həm də Vətən müharibəsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sevinc və qürur hissləri yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman dərin ehtiramla yad ediləcək.

Şagirdlər 20 Yanvar faciəsinə həsr edilmiş bədii kompozisiyalar nümayiş etdiriblər, hazırladıqları təqdimatlarla çıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi