Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib

Dekabrın 18-də 236 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sima İmaməliyevanın təşkilatçılığı, 6 “Ç” sinif şagirdlərinin iştirakı ilə “Microsoft Teams” platforması üzərindən onlayn formatda Azərbaycanın görkəmli dramaturqu, naşir, publisist Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə əlaqədar “Əbdürrəhim bəy Haqverdiyev - 150” mövzusunda onlayn tədbir keçirilib.

Sima müəllim şagirdlərə Əbdürrəhim bəy Haqverdiyevin milli düşüncənin inkişafında oynadığı əhəmiyyətli rolu vurğulayıb, onun ictimai-siyasi proseslərdə iştirakına və diplomat kimi fəaliyyətinə toxunub. Ədibin doğulub böyüdüyü Azərbaycanın gözəl guşəsi, Qafqazın və doğma Qarabağımızın incisi sayılan qədim Şuşa şəhərinin bu ilin noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin bu yubileyə gözəl hədiyyə olduğunu qeyd edib.

Daha sonra şagirdlər hazırladıqları təqdimatlarla çıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi