Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş onlayn videokonfrans keçirilib

Dekabrın 22-də 236 nömrəli tam orta məktəbin tarix müəllimləri Zilxumar Qasımova və Rövşanə İsmayılovanın təşkilatçılığı ilə “Microsoft Teams” platforması üzərindən onlayn formatda görkəmli yazıçı, dövlət və ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş “Nəriman Nərimanovun bədii yaradıcılığında Azərbaycançılıq ideyası” mövzusunda videokonfransı keçirilib.

Müəllimlərin “Nəriman Nərimanovun 150 illiyi” mövzusunda hazırladıqları videoçarx nümayiş olunub və şagirdlərin diqqətinə çatdırılıb ki, Nəriman Nərimanov böyük maarifçi, əsl xalq adamı, xalqını sevən Vətən övladı idi. Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumaq, xalqımızın sosial rifah halını yaxşılaşdırmaq, xalqlar dostluğunu bərqərar etmək Nəriman Nərimanovun narahat ömrünün mənasına çevrilmişdi.

Daha sonra şagirdlər hazırladıqları təqdimatlarla çıxış ediblər.

Onlayn formatda keçirilən videokonfransın məqsədi Azərbaycan ədəbiyyatının qabaqcıl ideya və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış Nəriman Nərimanovu gənc nəslə tanıtmaq, xatirəsini əziz tutmaq, həmçinin uşaq və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi