Pedaqoji Şuranın onlayn formatda iclası keçirilib

Yanvarın 15-də Pedaqoji Şuranın onlayn formatda iclası keçirilib.
İclasda məktəbin müəllim heyəti iştirak edib.
“Microsoft Teams” platforması üzərindən onlayn keçirilən iclası açan məktəbin direktoru Xanlar İmaməliyev gündəlikdə dayanan məsələləri diqqətə çatdırıb. O, iclasın gündəliyinə uyğun olaraq, 2020-2021-ci tədris ilində fənn olimpiadalarının məktəbdaxili mərhələsinin təşkili və keçirilməsini, distant təhsilin tədrisi vəziyyətini, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 16 noyabr 2020-ci il tarixli F-512, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24 noyabr 2020-ci il tarixli F-233 nömrəli əmrlərində təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Fəaliyyət Planına uyğun tədbirlərin təşkili, 9-cu siniflərdə təhsil alan şagirdlərin bilik səviyyəsinə uyğun olaraq qruplaşdırılması və zəif oxuyan şagirdlərlə əlavə məşğələlərin təşkili məsələlərini elan edib.
Dünyada və ölkəmizdə COVID-19 infeksiyasına yoluxma hallarının davam etdiyini qeyd edən Xanlar müəllim məktəb kollektivini bütün mümkün mühafizə vasitələrindən istifadə etməyə və karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməyə çağırıb.
Məktəbin direktor müavinlərinin məruzələri və sinif rəhbərlərinin hesabatları dinlənilib, müəllimləri maraqlandıran suallar məktəbin direktoru Xanlar İmaməliyev tərəfindən ətraflı cavablandırılıb və müvafiq göstərişlər verilib.