Şagirdlərin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub

Qanlı Yanvar faciəsinin otuz birinci ildönümü ərəfəsində 236 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nəzakət Mansurovanın təşkilatçılığı ilə 3 "B" sinif şagirdlərinin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.
Ziyarət zamanı Nəzakət Mansurova şagirdlərə 20 Yanvar faciəsi barədə geniş məlumat verib, bu qanlı hadisənin başvermə səbəblərindən və acı nəticələrindən danışıb. Müəllim bildirib ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.
Sonda müəllim və şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər və şagirdlər hazırladıqları təqdimatlarla çıxış ediblər.