“Oxu və əylən!” müsabiqəsində 1-ci olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə ümumtəhsil müəssisələrinin ibtidai sinif şagirdləri arasında “Oxu və əylən!” müsabiqəsi keçirilib. Müsabiqə mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, onlayn şəkildə təşkil olunub.
236 nömrəli tam orta məktəbin 5 “B” sinif şagirdi Nuray İbadlı müsabiqənin nəticəsinə əsasən qalib gələrək 1-ci yerin sahibi olub.
Müsabiqənin təşkil edilməsində məqsəd şagirdlərin oxu vərdişlərini təkmilləşdirmək, onlara uşaq ədəbiyyatına maraq və məhəbbət hisslərini aşılamaq, şagirdlərin təxəyyül, təfəkkür və nitqini inkişaf etdirmək, onlarda obrazlı təsəvvürlər əsasında ətraf aləm haqqında bilikləri formalaşdırmaqdan ibarətdir.