Fəxri Fərmanla təltif olunub

236 nömrəli tam orta məktəbin 2012-2013-cü tədris ilinin məzunu Murad Zülfüqarlı 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırıqlarının layiqincə yerinə yetrilməsində fəal iştirak etdiyinə görə Müdafiə Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.
Vətən qarşısında borcunu şərəflə yerinə yetirən Murad Zülfüqarlını məktəb rəhbərliyi və kollektivi adından təbrik edirik.
İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq.