“Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş, vətən uğrunda canından keçən qəhrəman, şəhidlik zirvəsinə yüksələn Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu - əsgər İbrahimli Cavidan Nizami oğlu (ölümündən sonra) dekabrın 15-i Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda” medalı, dekabrın 25-i isə Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Səninlə qürur duyuruq, qəhrəman qardaşımız şəhid Cavidan İbrahimli!
İbrahimli Cavidan Nizami oğlu 236 nömrəli tam orta məktəbin məzunu olub.