“Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib

Dekabrın 29-da 236 nömrəli tam orta məktəbin məzunu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu – kapitan Ağalarov Qüdrət Mirqubad oğlu Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
Məktəb rəhbərliyi və kollektivi adından cənab kapitan Qüdrət Ağalarovu böyük məmnunluqla təbrik edir və qürur duyuruq.