“Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib

Dekabrın 30-da 236 nömrəli tam orta məktəbin məzunu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu - polkovnik-leytenant İsgəndərov Babək İbrahim oğlu Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Məktəb rəhbərliyi və kollektivi adından cənab polkovnik-leytenant Babək İsgəndərovu böyük məmnunluqla təbrik edir və qürur duyuruq.