Məntiq olimpiadasının final mərhələsinə vəsiqə qazanıblar

Dekabrın 20-si Lütfi Zadə adına məktəblilərarası V məntiq olimpiadasının ilk turu keçirilib.
Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, onlayn keçirilən olimpiadada ümumi təhsil məktəblərinin Azərbaycan və rus bölməsinin VI-VII sinif şagirdləri iştirak ediblər. Olimpiadanın məktəbdaxili mərhələsində Bakı şəhəri üzrə məktəblərdən 7000-ə yaxın şagird mübarizə aparıb.
236 nömrəli tam orta məktəbin 6 “Ç” sinif şagirdi Amil Haciyev və 6 “Ə” sinif şagirdi Səbinə Hüseynzadə ilk turda uğur əldə edərək olimpiadanın final mərhələsinə vəsiqə qazanıblar. Məktəbdaxili mərhələdə şagirdlər saat yarım (90 dəqiqə) ərzində riyazi, bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar.