“Vətənim Azərbaycan” mövzusunda qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıblar

"Güvən" Nəşriyyatı MMC-nin təşkilatçılığı ilə ümumi təhsil məktəblərinin V-VI sinif şagirdləri arasında “Vətənim Azərbaycan” mövzusunda qiraət müsabiqəsinin final mərhələsi keçirilib.
Şagirdlər “Vətənim Azərbaycan” mövzusunda hazırladıqları şeirləri səsləndirib və münsiflər heyəti tərəfindən qiymətləndiriliblər.
Qiraət müsabiqəsində 236 nömrəli tam orta məktəbin 5 “B” sinif şagirdi Xədicə Qurbanlı II yerə layiq görülərək qaliblər sırasında yer alıb.
Təşkilat rəhbəri Vətənimizə həsr edilən qiraət müsabiqəsini gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və istiqlal tariximizin düzgün mənimsənilməsi baxımından uğurlu addım kimi dəyərləndirib, final mərhələsinin iştirakçılarına uğurlar arzulayıb.