Pedaqoji Şuranın onlayn formatda iclası keçirilib

 Noyabrın 27-də Pedaqoji Şuranın onlayn formatda iclası keçirilib.

İclasda məktəbin müəllim heyəti iştirak edib.

“Microsoft Teams” platforması üzərindən onlayn keçirilən iclası açan məktəbin direktoru Xanlar İmaməliyev gündəliyə çıxarılan məsələləri elan edib.

Direktor ilk öncə bu gün Azərbaycanın bir möhtəşəm zəfər tarixini yaşadığını, 30 il Ermənistanın işğal altında saxladığı əzəli Azərbaycan torpaqlarının rəşadətli ordumuzun və onun Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad olunmasının böyük sevincini yaşadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra pandemiya dövründə davamlı və keyfiyyətli təhsilin təmin edilməsinə şərait yaradan “Virtual məktəb”də tədris və təlim-tərbiyə prosesinin təşkilinə nəzarətin gücləndiyini, onlayn dərslərin təşkilinə və müəllimlərin dərs saatlarına nəzarət etmək məqsədi ilə məktəb rəhbərliyi üçün yeni imkanların yaradılmasını, direktor müavinləri siniflər üzrə məsafədən təşkil olunmuş dərslərə, davamiyyətə nəzarət etdiyini müəllimlərin nəzərinə çatdırıb.

Məktəbin direktoru çıxışında distant tədris prosesinin təşkilində müəllimlərin səylə çalışmasının vacibliyindən və distant təhsilə cəlb olunma səviyyəsinə ciddi nəzarət etməyi pedaqoji kollektivə tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi