Yazılan məktuba əsgər öz təşəkkürünü bildirib

Oktyabrın 15-də məktəbin şagirdləri Azərbaycan Ordusuna mənəvi dəstək məqsədilə “Əsgərə məktub” layihəsinə qoşularaq Azərbaycan əsgərlərinə məktublar göndərmişdilər. Məktəbin ibtidai sinif müəllimi Nəzakət Mansurovanın rəhbərlik etdiyi 3 “B” sinif şagirdi Ayan Musayevanın ürək sözlərini al-əlvan dünyasının rənglərinə boyanmış fırçası ilə hazırladığı məktubunu oxuyan ordumuzun əsgəri valideynləri ilə əlaqə saxlayaraq şagirdi tapıb ona böyük ruh yüksəkliyi yaradan məktubuna görə özünün adından hədiyyə verilməsini xahiş edib.
Əsgərin valideynləri şagirdi taparaq övladlarının xahişini yerinə yetirib.