Şagirdlərin zəfər coşqusu

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi Şanlı Qələbə xəbərini məktəbin müəllim və şagird heyəti də böyük coşqu ilə qarşılayıblar.
Müəllim və şagird heyəti məktəbin ətraf küçələrində bayraqlarla yürüş edərək Ordumuzu, Ali Baş Komandan İlham Əliyevi dəstəkləyən şüarlar səsləndiriblər. Onlar biri-birini Böyük Qələbə münasibətilə təbrik edərək sevinclərini bölüşüblər.