Pedaqoji Şuranın onlayn formatda iclası keçirilib

Noyabrın 2-də Pedaqoji Şuranın onlayn formatda iclası keçirilib.
İclasda məktəbin müəllim heyəti iştirak edib.
“Microsoft Teams” platforması üzərindən onlayn keçirilən iclası açan məktəbin direktoru Xanlar İmaməliyev gündəliyə çıxarılan məsələləri elan edib. O, noyabrın 2-dən tədrisin distant qaydada təşkil olunmasından, distant tədris prosesinin təşkilində müəllimlərin səylə çalışmasının vacibliyindən və distant təhsilə cəlb olunma səviyyəsinə ciddi nəzarət etməyi pedaqoji kollektivə tövsiyə edib.
Daha sonra jurnalların yazılması və digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.