Məzunumuz şəhidlik zirvəsinə yüksəldi...

Azərbaycan tarixinin şanlı səhifələrindən biri də, Vətənin igid oğullarının respublikamızın ərazi bütövlüyü uğrunda keçdiyi döyüş yolu və qəhrəmancasına şəhid olaraq gələcək nəsillərə örnək olan əsl həyat hekayəsidir. Onları tanımaq və gələcək nəsillərə çatdırmaq hər birimizin vətənpərvərlik borcudur. Ulu əcdadlarımızın miras qoyub getdiyi Vətən torpaqlarının hər bir qarışı bizim üçün əziz və müqəddəsdir. Bu torpaqlar ona görə müqəddəsdir ki, tarixin müxtəlif dönəmlərində yadelli işğalçılara qarşı döyüşən cəsur oğul və qızlarımızın qanı bahasına qorunub. Xalqımız minlərlə şəhid verib Vətən yolunda. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də İbrahimli Cavidan Nizami oğludur.

İbrahimli Cavidan Nizami oğlu 24 mart 2000-ci ildə Bakı şəhərində anadan olub. O, 2017-ci ildə orta təhsilini Bakı şəhəri Səbail rayonu 236 nömrəli tam orta məktəbdə başa vurub. Orta məktəbi bitirdikdən sonra, Daxili Qoşunların sıralarında əsgər kimi hərbi xidmətə başlayıb. “Əsgər” adını həmişə yüksək tutan Cavidanı xidməti dövründə yalnız bir məsələ düşündürüb – Vətəninə layiqli övlad olmaq... O, bu amal uğrunda qanından və hətta canından belə keçməyə hazır idi... və keçdidə...

Cavidan 27 sentyabr 2020-ci ildə könüllü olaraq cəbhəyə gedib. Füzulinin azad olunması uğrunda gedən qızğın döyüşlərdə güllə yarası alan cəsur əsgərimiz gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəldi...

Belə bir deyim var: “Şəhidlər ölməz, Vətən bölünməz”. “Şəhidlər ölmürlər, haqqa qovuşurlar”. Şəhidlərimizin, o cümlədən Cavidan İbrahimlinin əziz xatirəsi qəlbimizdə əbədi olaraq yaşayacaqdır.

Allah şəhidimizə rəhmət etsin! Qəbri nur ilə dolsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi