Paşam Əlizadənin daha bir nailiyyəti

İyunun 12-də Gənclər və İdman Nazirliyinin tabeliyində olan Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində - açıq havada Bakı Şəhər Gənclər və Baş İdarəsinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş şahmat turniri keçirilib.

Dörd yaş qrupunda keçirilən və İsveçrə sistemi üzrə baş tutan turnir 7 turdan ibarət olub.

Şahmat yarışlarında daim öz rəqiblərini mat qoyan məktəbin dördüncü sinif şagirdi Paşam Əlizadə çempionluq uğrunda sona qədər mübarizə apararaq birinci yerə layiq görülüb. Paşam Əlizadəyə diplom və birincilik medalı təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi