“Badamdar şəhidləri” abidəsni ziyarət ediblər

Fevralın 24-də məktəbin ingilis dili müəllimi Hürzad Əlifzadə məktəbin şagird heyəti ilə Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Badamdar qəsəbəsində yerləşən “Badamdar şəhidləri” abidəsni ziyarət ediblər.

Xocalı soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin ingilis dili müəllimi Hürzad Əlifzadə şagirdlərin diqqətinə çatdırıb ki, Xocalı soyqırımı Ermənistanın ölkəmizə qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Xocalı qətliamı insanlığa qarşı yönəlmiş amansız cinayətdir.

Müəllim Xocalıda ermənilərin törətdiyi vəhşiliklərdən danışıb.

Müəllim və şagirdlər şəhidlərin abidəsi önünə tər qərənfillər düzüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi