Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil edilib
Fevralın 21-də məktəbin riyaziyyat-informatika müəllimi Səbinə Abdullayeva Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar rəhbərlik etdiyi 10 "Ç" sinif şagirdlərinin Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyasını təşkil edib.
Muzey bələdçisi ekskursiya iştirakçılarına muzeyin yaranma tarixi, fəaliyyəti barədə ətraflı məlumat verib.
Şagirdlər 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan Ordusunun yaranması və inkişafı, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ordu quruculuğu ilə bağlı gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri ilə də tanış olublar.