“Dilimiz milli sərvətimizdir” adlı tədbir keçirilib

Fevralın 21-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Quliyevanın təşkilatçılığı ilə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimiz milli sərvətimizdir” adlı tədbir keçirilib.

Milli varlığımızın əsas atributlarından olan ana dilimizin, millətin, xalqın mənəviyyatının aynası olduğunu vurğulayan Xəyalə Quliyeva, Azərbaycan dilinin geniş təbliğ olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışaraq qeyd edib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Tədbir çərçivəsində şagirdlər milli-mənəvi dəyərimiz olan ana dilinin zənginliyindən bəhs edən mühazirələr oxuyub, həmçinin Azərbaycan, rus, alman, ingilis və fransız dillərində şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi