Maraqlı və əyləncəli dərs keçirilib

Fevralın 17-də məktəbin coğrafiya müəllimi Aytən Niftəliyeva 8 "A" sinfində coğrafiya fənnindən "Okean suyunun duzluluğu və temperaturu" mövzusunda əyləncəli dərs aparıb.

Yeni mövzunun izahı zamanı şagirdlər mətni fasiləli oxu üsulundan istifadə etməklə müstəqil və cütlərlə öyrənə bilib. Əyaniliyi təmin etmək üçün xəritədən, şəkil və sxemlərdən istifadə olunub.

Aytən Niftəliyeva şagirdlərə okean sularında temperaturun paylanmasını göstərən izotermləri kontur xəritəyə köçürməyi və ayrı-ayrı okeanlarda suyun temperaturunun paylanmasında olan fərqləri xəritə əsasında müəyyən etməyi tapşırıb.

Dərs yeni təlim metodları və kurikulum standartlarına uyğun keçirilib və fənlərarası əlaqələr düzgün qurulub. Şagirdlər mövzu ətrafında fəal iştirak etdib, maraqlı təqdimatlar nümayiş olunub.

Sonda dərsdə fəallığı ilə seçilən şagirdlərə müəllim tərəfindən diplom təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi