Şagirdlərdən nümunəvi addım

Məktəbin texnologiya müəllimi Nailə Fataxovanın rəhbərlik etdiyi 9 "Ə" sinif şagirdləri dərs keçdikləri sinif otağını əsaslı şəkildə özləri təmir ediblər. Onların bu ibrətamiz addımı müəllim və şagirdlər tərəfindən alqışlarla qarşılanıb.

Şagirdlər məktəbi sevsinlər, özlərini daha yaxşı hiss etsinlər deyə sinif otağına möhtəşəm dizayn veriblər. Şagirdlər sinfi bu cür təmir etmək üçün bir neçə ay fasilə vermədən birgə çalışıblar. Asudə vaxtlarını sinif otağının təmirinə həsr edərək möhtəşəm nəticə ərsəyə gətiriblər.

Nailə Fataxova otağın yüksək səviyyədə təmir olunduğunu qeyd edib və bu addımı gözəl hadisə adlandırıb.

Nailə Fataxova: "Düşünürəm ki, müəllimin vəzifəsi təkcə şagirdə savad verməkdən ibarət deyil, eyni zamanda ətraf-mühitin mühafizəsinə, yaxşılaşdırılmasına diqqətli olan vətəndaşlar yetişdirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi