Avropa çempionatında aerodans proqramında qaliblər sırasında olub

24-26 may 2019-cu il tarixlərində Bakıda ilk dəfə olaraq Aerobika Gimnastikası üzrə Avropa Çempionatı keçirilib. 3 gün davam edən çempionatda aerobika gimnastları medallar uğrunda mübarizə apararaq, öz aralarında ən güclüləri müəyyənləşdirib.

Çempionatda 22 ölkədən gimnastlar çıxış edib.

Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında Azərbaycan komandası qızıl medal qazanıb. Aerodans proqramında çıxış edən gənclərdən ibarət Azərbaycan komandasında məktəbin keçən tədris ilinin məzunu Mədinə Mustafayeva uğurla çıxış edərək diplom və qızıl medala layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi