20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir" adlı anım tədbiri keçirilib

Yanvarın 17-də məktəbin akt zalında məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aygün Vəliyevanın təşkilatçılığı ilə rəhbərlik etdiyi 7 "C" sinif şagirdlərinin təqdimatında 20 Yanvar - Ümumxalq Hüzn Gününün otuzuncu ildönümünə həsr olunan "20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir" adlı anım tədbiri keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib və 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aygün Vəliyeva çıxış edərək, məktəblilərə xalqımızın azadlıq mübarizəsindən, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakı şəhərində törətdikləri faciədən geniş bəhs edib. Bildirib ki, bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət, əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.

Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən videoçarx və ədəbi-bədii kompozisiya nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi