“Badamdar şəhidləri” abidəsi ziyarət olunub

Yanvarın 17-də məktəbin müəllim-şagird heyəti 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Badamdar qəsəbəsində yerləşən “Badamdar şəhidləri” abidəsni ziyarət ediblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aygün Vəliyeva 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı olduğunu qeyd edərək, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşına əbədi həkk olunmasını, həmin qanlı hadisələrin Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərdiyini qeyd edib.

Müəllim və şagirdlər şəhidlərin abidəsi önünə tər qərənfillər düzüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi