İlk dərslər 20 Yanvara həsr olunub

Məktəbdə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilir.

Bu silsilə tədbirlərdə Azərbaycan xalqının tarixinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələri haqqında yüksək milli təəssübkeşliklə vətənpərvər ruhda təhsilverənlər tərəfindən çıxışlar edilir.

Məktəbin Uşaq Birliyi Rəhbəri Gülnar Əzimova 20 Yanvar faciəsindən 30 il ötməsinə baxmayaraq, həmin məşəqqətli günlərin hər birimizin yaddaşına əbədi həkk olunduğunu şagirdlərə bildirib. O qeyd edib ki, 1990-cı ilin 20 Yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi