Məktəbdə ağacəkmə aksiyası keçirilib

Yanvarın 10-da "Hərəyə bir ağac əkək və yaşıllığı qoruyaq" şüarı altında məktəbin həyətində xeyli ağac və gül kolları əkilib, məktəbin ərazisindəki yaşıllıqlara aqrotexniki qulluq göstərilib və təmizlik işləri aparılıb. Eyni zamanda əvvəlki illərdə əkilən ağac və gül kollarına qulluq edilib, həyətdə yaşıllaşdırma işləri aparılıb.

Ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, şagirdlərin diqqətini yaşıllıqların qorunmasına yönəltmək məqsədilə keçirilən aksiyada məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib.

Əkilmiş ağac və gül kollarına qulluq etmək üçün siniflər arasında bölgü aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi