"On iki ay" pyesi nümayiş olunub

Dekabrın 30-da məktəbin akt zalında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə məktəbin ibtidai sinif müəllimi Gülnarə Zeynalovanın təşkilatçılığı ilə rəhbərlik etdiyi 3 "Ə" sinif şagirdlərinin təqdimatında rus şairi, dramaturqu Samuil Marşakın "On iki ay" pyesi musiqi tərtibatlı birhissəli kukla tamaşası şəklində məktəbli tamaşaçılara nümayiş olunub.

Tədbirdə məktəb rəhbərliyi, müəlim və şagird kollektivi iştirak edib.

Tədbirin sonunda çıxış edən məktəbin direktoru Xanlar İmaməliyev bildirib ki, 31 Dekabr tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur. O, daha sonra təşkilatçı Gülnarə Zeynalovaya keçirilən tədbirin yüksək səviyyəli təşkilinə görə öz minnətdarlığını bildirib və tamaşaçı auditoriyasını valeh edən bu möhtəşəm tamaşanın hələ uzun müddət yaddaşlarda qalacağını qeyd edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi