Dərsdə tədrisyönümlü oyunlar keçirilib

Dekabrın 28-də məktəbin biologiya müəllimi İradə Axundova 8 "F" sinfində biologiya fənnindən “Dayaq-hərəkət sistemi”, ”Qan-damar sistemi”, ”Sinir sistemi” mövzuları üzrə əyləncəli oyun şəklində dərs aparıb.

Şagirdlər qruplara bölünüb. Qruplara kapitanlar rəhbərlik edib. Şagirdlər yaradıcı tapşırıqlar; oyun xarakterli - viktorina, krossvord və s.həll edib.

İradə Axundova: "Oyun texnologiyalarından dərs zamanı istifadə şagirdlərin hamısının fəallaşmasına şərait yaradır. Zəif, utancaq, azdanışan uşaqlar belə oyun zamanı bacarıqlarını nümayiş etdirir, onların öz fikrini söyləmə, əməkdaşlıq etmə, özünün və yoldaşlarının fəaliyyətini təhlil etmə, şifahi nitq, oxuyub-anlama, dinləmə, fikrini düzgün ifadə etmə bacarıqları inkişaf edir. Beləliklə, oyun texnologiyaları tədris materialını əlçatan, maraqlı, obrazlı şəkildə öyrətməyə, biliklərin daha yaxşı mənimsənilməsinə kömək edir, şüurlu öyrənməyə maraq yaradır. Buna görə də şagirdlərin biliklərinin ümumiləşdirilməsi və sistemləşdirilməsi formalarından biri kimi müxtəlif tədrisyönümlü oyunlardan istifadə olunması həmişə müsbət nəticə verir."

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi