Əlamətdar hadisə böyük sevincə səbəb olub

Dekabrın 26-da məktəbin ibtidai korpusunda 60 yaş həddinə çatmış müəllimlər üçün sevincli və yaddaqalan əlamətdar hadisə yaşanıb. Belə ki, məktəbin direktoru Xanlar İmaməliyev məktəbin 60 yaş həddinə çatmış müəllimlərinə anadan olmalarının 60 illiyi və təhsildə səmərəli fəaliyyətlərinə görə məktəbin Fəxri Fərmanı, gül dəstəsi və hədiyyə təqdim edib.

Xanlar İmaməliyev təltif olunan müəllimləri təbrik edib, onlara təhsil sahəsindəki səmərəli fəaliyyətlərində uğurlar arzulayıb.

Müəllimlər məktəbin direktoruna göstərilən yüksək qayğıya görə təşəkkürlərini bildiriblər.

Məktəbin ibtidai sinif müəllimi Sevinc Həsənova çıxış edərək məktəbin direktoru Xanlar İmaməliyevə onlara göstərilən diqqətə görə minnətdarlığını bildirib və atılan bu addımı yüksək dəyərləndirdiklərini, bu dəstəyi hər zaman hiss etdiklərini söyləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi