Valideynlər tədris prosesini izləyib

Dekabrın 24-də məktəbdə "Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində valideynlərlə sinif otaqlarında növbəti görüşlər keçirilib.

Valideynləri məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Rüstəmova qarşılayıb, geniş söhbətlər aparıb, fikir və təkliflərini dinləyib və onları maraqlandıran sualları ətraflı cavablandırıb. Sevda Rüstəmova qeyd edib ki, hər bir ailənin məktəblə əməkdaşlığı məktəbin də hər bir ailə ilə sıx əlaqəsi məktəb-ailə tərbiyəsini dərk edilən və düzgün qoyulan vəzifələrini müvəffəqiyyətlə yerinə yetirmək üçün ən zəruri şərtlərdəndir.

Valideynlər məktəb mühiti ilə tanış olub, onların iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri keçirilib.

Qeyd edək ki, layihə valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirmək məqsədlərinə xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi