Esse müsabiqəsində fəal iştirak ediblər

Dekabrın 6-da Qərbi Kaspi Universitetinin İngilis dili və ədəbiyyatı kafedrası tərəfindən ümumi təhsil məktəblərinin IX, X, XI sinif şagirdləri arasında ingilis dilində keçirilən esse müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Müsabiqədə məktəbin 11 “D” sinif şagirdləri Səriyyə Həşimi, Ceyran Yusifzadə və Aysel Rzayeva fəal iştiraklarına görə sertifikatla təltif olunublar.

Müsabiqə "Geyimlər bizi necə ifadə edir?", "Gələcək arzularım nələrdir?", "Xeyirxahlıq niyə əhəmiyyətlidir?", "Musiqinin həyatımızda əhəmiyyəti" mövzularını əhatə edib.

İngilis dilində keçirilən esse müsabiqənin əsas məqsədi şagirdlərin ingilis dili bacarıqlarını və təxəyyüllərini, ifadə bacarıqlarını inkişaf etdirməkdən ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi