“Azərbaycan Rəqs Açıq Kuboku 2019”da fəal iştirak ediblər

Dekabrın 8-də Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası təşkilatçılığı ilə Sərhədçi İdman Olimpiya Mərkəzində “Azərbaycan Rəqs Açıq Kuboku 2019” adlı rəqs müsabiqə keçirilib.

Müsabiqədə məktəbin 2 “E” sinif şagirdi Darya Podoqova, 3 “Ə” sinif şagirdi Artemiy Podoqov və 4 "B" sinif şagirdi Kənan Bastanov fəal iştirak edərək diplom və medalla təltif olunublar.

Onu da qeyd edək ki, yarışda hip-hop, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriyental, hind və solo rəqslər nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi