İlk dərs saatları Ulu Öndərin anım gününə həsr edilib

Dekabrın 12-də məktəbdə dərs məşğələlərinin ilk saatları Ulu Öndərin anım gününə həsr edilib. Dərslər əvvəlcə Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Rüstəmova dərslərdə iştirak edib və çıxış edərək qeyd ebib ki, Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin əbədiyyətə qovuşmasından 16 il keçsə də, onun ideyaları, əməlləri daim yaşayır və yaşayacaq. Heydər Əliyev həyatını doğma xalqının azadlığına, müstəqilliyinə və milli tərəqqisinə həsr etməklə hər bir azərbaycanlının qəlbində özünə möhtəşəm abidə ucaldıb, xalqın Ümummilli Liderinə çevrilib.

Dərs çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi