Rəsm əsərlərində mövzu və düzgün kompozisiya bir-birini tamamlayır

Məktəbin 7 "D" sinif şagirdi Xədicə Hacıyevanın əl işləri izləyənlərin böyük marağına səbəb olub.

Gənc fırça ustası hər bir əsəri üzərində apardığı iş prosesində özündən bir parçanı, həyəcanını, hisslərini ağ kağıza köçürür, onlara zəruri çalarlar əlavə edərək canlandırır. Xədicə öz duyğu və düşüncələri ilə işlənmiş gözəl rəsm əsərlərində mövzu və düzgün kompozisiya bir-birini tamamlayır .

Xədicə Hacıyevanın sinif rəhbəri Bəyim Qarayeva Xədicənin çox bacarıqlı və gözəl əl qabiliyyətinə malik olduğunu bildirib.

Bəyim Qarayeva: “Xədicə rəsm işlərində özünəməxsus yaradıcılıq üslubu, rolu və maraqlı kreativ ideyaları ilə seçilir. O, daim axtarışda olan şagirddir.” Müəllim onu da qeyd edib ki: "Çox sevindirici haldır ki, şagirdlərimizin belə gözəl əl qabiliyyəti və fantaziyaları var. Onların qazandıqları uğurlar bizi daha da yüksək səviyyədə işləməyə ruhlandırır".

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi