İnşa-yazı müsabiqəsi keçirilib

Dekabrın 7-də məktəbdə Təhsil Nazirliyi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, “Lider Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə” layihəsi çərçivəsində məktəbin 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə inşa-yazı müsabiqəsi keçirilib.

Müsabiqədə məktəbin Azərbaycan və rus bölməsində təhsil alan şagirdləri iştirak edib. Şagirdlər təqdim olunmuş mövzulardan birini seçərək inşa yazıb.

Məktəb daxilində yaradılmış komissiya tərəfindən təqdim olunmuş işlərin ilkin qiymətləndirilməsi aparılaraq nəticəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərilib.

Onu da qeyd edək ki, layihənin yekun mükafatlandırma mərasimi 8 Mart - Beynəlxalq Qadınlar Bayramı ərəfəsində olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi